- Baxış sayı: 25
- 05 Fevral 2026 15:27
- Baxış sayı: 199
- Fevral 04, 2026
- 0

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan premyer liqasının “Sumqayıt” klubu ilə 15-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Allsport.az xəbər verir ki, ukraynalı mütəxəssis matç barədə bunu deyib:
““Neftçi” 65-70 dəqiqə ərzində meydanda əsl futbol göstərdi. Bu müddət ərzində komandamızın qapısı ağzında heç bir təhlükə yaşanmadı. Azı daha 3 qol vura bilərdik. Qalib gəlməməyimizin də əsas səbəbi budur. Son 20 dəqiqəni futbolçularımız çox yorğun keçirdilər.
Fiziki olaraq gücümüz çatmadı. Bütün bunların hamısını düzəldəcəyik. Qış fasiləsində keçirəcəyimiz təlim-məşq toplanışı zamanı komandamızı daha yaxşı hazırlaşdırmaq imkanımız olacaq. Futbolçularımızın keyfiyyəti, sürəti, topla davranışı, texnikası yaxşı səviyyədədir. Sadəcə, nizam-intizamı düzəltməli və fiziki gücü artırmalıyıq.
Təcrübəli məşqçi kimi əminlikdə deyirəm ki, “Neftçi”nin daha yüksək səviyyəyə qalxması üçün hər şey edəcəyik. Çünki mən “Neftçi”ni Ukraynada “Dinamo” və “Şaxtyor”la müqayisə edirəm. “Neftçi” tarixi klubdur, Azərbaycan üçün brenddir və bunu etmək kifayət qədər realdır”.