AzTOP 3×3 küçətopu çempionatının qalibi olub

Iyun ayının 26-da ADA Universitetinin açıq meydançasında basketbolun 3×3 növü üzrə açıq turunun 1-ci mərhələsi keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 32 komanda (onlardan 12-si uşaq-yeniyetmə komandası) iştirak edib.

Kişilər arasında final qarşılaşmada “Polukhinski Pereulok” komandası (Nadır Əhmədov, Suleyman Cəfərov, Tərxan Hüseynzadə, Eldar Qoçayev) AzTOP-a (Dmitri Neçay, Vadim Doqşın, Emil Mirzəyev, Rüstəm Əliyev) 8:11 hesabı ilə uduzub. Nadır Əhmədov (“Polukhinski Pereulok”) turnirin ən yaxşı oyunçusu seçilib.

Yeniyetmə oğlanlarda “Fireball” klubu (Rza Məmmədli, Rariz Allahverdiyev, Elnur Namazov, Qəhrəman Cavadov) “21-st century” 10:7 qalib gələrək, birinciliyi qazanıb.

Həmin kateqoriyadan