- Baxış sayı: 38
- 22 Noyabr 2024 12:25
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə bir qrup mütəxəssisə fəxri adlar verilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov həmin günün ölkəmizin idman tarixində əlamətdar hadisə olduğunu deyib.
O, müstəqil Azərbaycanda uğurlu idman strategiyasının təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.
Sonra 20 mütəxəssis “Fəxri bədən tərbiyəsi və idman işçisi”, 4 nəfər respublika dərəcəli hakim, 5 nəfər “Əməkdar idman ustası”, 40 nəfər “Əməkdar məşqçi” adı ilə təltif olunub. Mükafatları İsmayıl İsmayılov və idman şöbəsinin müdiri Fərid Mansurov təqdim ediblər.