Bədii gimnastikada yeni elmi-tibbi sistem – FOTO

Rusiyada olimpiya təlim bazasında (Novoqorsk) ilk dəfə kompleks elmi qrup fəaliyyətə başlayıb.

Allsport.az xəbər verir ki, biologiya elmləri namizədi Albina Andreyevanın rəhbərlik etdiyi mərkəz müasir avadanlıqla təchiz olunub və bütün müayinələr birbaşa bazada aparılır.

Baş məşqçi Tatyana Serqayeva bildirib ki, gimnastlar hər altı ayda geniş tibbi yoxlamadan keçəcək, gündəlik monitorinq isə davamlı olacaq. İlkin mərhələdə bədən göstəriciləri, maddələr mübadiləsi, fiziki hazırlıq və qidalanma vəziyyəti yoxlanılıb.

Andreyeva vurğulayıb ki, xüsusi cihazlar idmançının məşq yükünə reaksiyasını, ürək fəaliyyətini, balansını və reaksiyasını ölçür. Bu, fərdi məşq planı qurmağa və zədələnmələrin qarşısını almağa imkan verir.

Qrupda baş həkim, baş məşqçi, analitiklər və diyetoloq, biomekanik, fizioloq kimi mütəxəssislər yer alır.

Həmin kateqoriyadan