- Baxış sayı: 37
- 25 Noyabr 2024 17:38
- Baxış sayı: 37
- Noyabr 25, 2024
- 0
“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Ağır bir oyun oldu. “Qarabağ”ı xırdalamağa ehtiyac yoxdur. Şadam ki, “Qarabağ”a qarşı sona kimi mübarizə apardıq. Bundan sonra qazanacağımız bir qələbə bizi irəli aparacaq. Futbolçularda hazırda özünəinam hissi yoxdur. Futbolçuları çətin vəziyyətdən çıxarmaq üçün zaman lazımdır. Bizim elə güclü heyətimiz yoxdur ki, 1 həftə ərzində 3 oyuna çıxaq. Bizə 1 qələbə lazımdır, sonra davamı gələcək”.