Bəhmən Həsənov: Qapımıza vurulan qolu görə bilmədim

“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində “İnter”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Hər bir komandanın öz oyun üslübü var. Biz rəqibi yaxşı analiz etmişdik. Sadəcə, oyun taktikamız tez pozuldu. Qapımıza vurulan qolu görə bilmədim.

Çünki həmin vaxt Fərid Quliyev zədə almışdı və diqqətim onda idi. Futbolçuların azlığını bəhanə eləmək istəmirəm. Bu, mənim iş prinsipimə yaddır. Sadəcə, bildirim ki, işimiz çoxdur, işləməliyik”.

Həmin kateqoriyadan