- Baxış sayı: 66
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 146
- Dekabr 05, 2025
- 0

“Neftçi” bu gün yeni titul sponsoru ilə müqavilə imzalama mərasimi keçirib. Allsport.az xəbər verir ki, sözügedən tədbirdə “ağ-qaralar”ın Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə zarafatla “Qarabağ”a sataşıb.
Tədbirin aparıcısı Sənan Şəfizadə Tahir İmanovun ardından məhz Bağırzadəni penalti vurmağa dəvət edib. O, zərbəni vurmamışdan qabaq “Neftçi” rəhbərliyindən, penalti vurub-vurmamasını soruşdu. “Hə” cavabını alandan sonra, məşhur KVN-çi vuruşu qola çevirib.
Qeyd edək ki, bu, bir müddət öncə “Qarabağ”ın “İnter”lə oyunda penaltini bilərəkdən kənara vurmasına işarə idi.