- Baxış sayı: 42
- 09 Mart 2026 17:31
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

Azərbaycan boks federasiyasının prezidenti Sahil Babayev Polşada keçirilən 3-cü Avropa oyunlarında medal qazanan boksçularla görüşüb.
Allsport.az xəbər verir ki, o, multiidman yarışında gümüş mükafata sahib olan Məhəmməd Abdullayevlə (+92 kq) bürünc medala layiq görülən Murad Allahverdiyevi (80 kq) Azərbaycanı beynəlxalq arenada uğurla təmsil etdikləri üçün təbrik edib və yeni nailiyyətlər arzulayıb.