- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Serbiyanın “Çukariçki” klubu ilə mübarizə aparan “Qəbələ” iyulun 23-də cavab oyununu keçirəcək. Allsport.az xəbər verir ki, iyulun 16-da Belqradda baş tutan qarşılaşmada 0:1 hesabı ilə uduzan “qırmızı-qaralar” Bakıda keçiriləcək görüşdə qələbə qazanıb, mərhələ adlamağa çalışacaq.
Komandanın kapitanı Cavid Hüseynov cavab oyunu ilə bağlı fikirlərini klub saytına açıqlayıb: “Serbiyadakı qarşılaşmada 0:1 hesabı ilə məğlub olduq. Bakıda keçiriləcək cavab qarşılaşmasında qalib gəlib, mərhələ adlamalıyıq. Səfərdə öz oyunumuzu, bizdən gözlənilən futbolu nümayiş etdirə bilmədik. İlk oyundakı çatışmazlıqları aradan qaldırıb, cavab oyununda qalib gəlməliyik. Bunun üçün var gücümüzü ortaya qoyacağıq. “Çukariçki” “Qəbələ”dən güclü komanda deyil. Səfərdəki görüşü unudub, öz futbolumuzu oynamalı, mübarizə aparmalıyıq. Komandamız daha yaxşı futbol oynamağı bacarır. “Çukariçki”ni məğlub etmək gücündəyik. Bacarığımızı tam nümayiş etdirsək, mərhələ adlayacağıq. Bunun üçün də cavab matçına köklənməliyik”.