- Baxış sayı: 123
- 04 Fevral 2026 23:05
- Baxış sayı: 199
- Fevral 04, 2026
- 0

Lənkəran olimpiya idman kompleksində badminton bölməsi fəaliyyətə başlayıb.
Allsport.az xəbər verir ki, burada badmintonla məşğul olmaq üçün uşaqlara lazımi şərait yaradılıb.
Azərbaycan badminton federasiyasının əsas fəaliyyət istiqamətlərindən biri ölkəmizin regionlarında badmintonun kütləviliyini təmin etməkdir. Federasiya tərəfindən bölgələrdə badmintonu populyarlaşdırmaq məqsədilə davamlı olaraq “Shuttle Time” proqramları həyata keçirilir, master-klasslar olur, açıq havada airbadminton turnirləri təşkil olunur.