- Baxış sayı: 276
- 22 Dekabr 2025 22:07
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Əjdər Cəfərov – Azərbaycan badminton federasiyasının prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri təyin olunub.
Allsport.az xəbər verir ki, Əjdər Xosrov oğlu 2011–2016-cı illərdə Azərbaycan güləş federasiyasının baş katibi vəzifəsində çalışıb. O, idman ustası, əməkdar məşqçidir, olimpiya dərəcəli hakim olub.
Əjdər Cəfərov üç olimpiya oyunlarını idarə edib:
2010 – Sinqapur yeniyetmələrin yay olimpiya oyunları
2012 – London yay olimpiya oyunları
2014 – Nanjing yeniyetmələrin yay olimpiya oyunları
Uğurları və təltifləri:
2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
2012-ci ildə Beynəlxalq güləş federasiyası (FİLA) tərəfindən güləş qaydalarının dünyada təbliğinə görə yüksək mükafata layiq görülüb.
2015-ci ildə Azərbaycan respublikası prezidentinin fəxri diplomu ilə təltif edilib.
2015-ci ildə Bakıda keçirilən I Avropa oyunlarında güləş yarışlarının beynəlxalq əlaqələndiricisi olub.