- Baxış sayı: 62
- 03 Dekabr 2025 19:56
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0

Badmintonçularımız Zambiyanın Lusaka şəhərində keçirilən “International” seriyalı “Zambia International” turnirində 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.
Allsport.az xəbər verir ki, qızıl medalları qadın badmintonçuların şəxsi yarışında Era Maftuha, kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Pangestu və qarışıq qoşa kateqoriyasında Aqil Qəbilov – Era Maftuha tandemi qazanıblar.
Kişilərin qoşa yarışında Diki Pangestu, qarışıq qoşa kateqoriyasında isə Cahid Əlhəsənov və Həcər Nuriyeva gümüş medala layiq görülüblər.
Daha 2 bürünc medalı qadınların şəxsi yarışında Həcər Nuriyeva, qadınların qoşa yarışında isəHəcər Nuriyeva ilə Era Maftuha hesabımıza yazdırıblar.