- Baxış sayı: 31
- 08 Aprel 2025 23:26
- Baxış sayı: 71
- Aprel 04, 2025
- 0
Bu gün Qazaxıstanın Uralski şəhərində badminton üzrə “CONDENSATE Kazakhstan International Series 2019” beynəlxalq turnirinə start verilib. Allsport.az xəbər verir ki, turnirdə ölkəmizi Edi Reski Dviçayo təmsil edir. Badmintonçumuz mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Dviçayo ilk görüşünü noyabrın 7-də qazaxıstanlı badmintonçu Vyaçeslav Vlassova qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 12:30-da baş tutacaq.
Qeyd edək ki, turnirdə 51 kişi və 38 qadın badmintonçu iştirak edir. Turnirin mükafat fondu 10 min dollardır.