- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0
Bu gün kişi həndbolçulardan ibarət “Bakı” klubu Çağırış kubokunun ilkin mərhələsində Bosniya və Hersoqovinada yerli “Borak m:tel” ilə üz-üzə gəlib.
Allsport.az saytı xəbər verir ki, görüş Banja Luka şəhərinin təmsilçisinin 36:19 qələbəsi ilə bitib.
Matçın hakimləri ukraynalı Anatoli Novikov və Valeri Rozkov, EHF nümayəndəsi bolqarıstanlı Andrey Andereyev olub. Razılaşmaya əsasən, cavab görüşü də sabah eyni məkanda baş tutacaq.