- Baxış sayı: 44
- 25 Noyabr 2024 17:38
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
Məlum olduğu kimi, 30 mart 2016-cı il tarixdə UEFA CFCB-nin İstintaq Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarını qüvvədə saxlayaraq, “İnter”i növbəti üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində (ölkədaxili futbol mövsümünün yekun nəticələrinə görə avrokubok oyunlarına vəsiqə qazanacağı halda) iştirak hüququndan məhrum etmişdi.
Allsport.az saytı xəbər verir ki, bu qərara əsasən “İnter”ə apelyasiya üçün 10 gün ərzində İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququ verilmişdi. Klubun mənafeyini qoruyan hüquq şirkəti işlə bağlı zəruri sənədləri toplayaraq, 26.04.2016-cı il tarixdə CAS-a müraciət edib. Məhkəmənin keçirilməsi barədə tarix müəyyən edildikdən sonra rəsmi məlumat veriləcək.