- Baxış sayı: 52
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Türkiyədə təlim-məşq toplanışında olan Bakı “İnter”i dünən daha bir yoxlama oyunu keçirib. Allsport.az saytının məlumatına görə, paytaxt klubu yerli “Gənclərbirliyi” ilə qarşılaşıb. Matç Azərbaycan təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb – 4:0.
Bütün qolları yerli futbolçular – Samir Zərgərov (2), Fuad Bayramov və Mirhüseyn Seyidov vurublar. Qeyd edək ki, “İnter” bundan öncəki sınaq matçlarını da Türkiyə klublarına qarşı keçirmişdi. Öncə “Qasımpaşa”ya 2:1 hesabı ilə qalib gələn “bankçılar”, ardından “Elazığspor”la bərabərə qalmışdılar – 0:0.