- Baxış sayı: 135
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Bu gün Bakının qadın voleybolçulardan ibarət “Lokomotiv” klubu Avropa Çempionlar Liqasında növbəti oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, 3-cü turda “dəmiryolçular” doğma divarlar arasında Almaniya “Alyants Ştuttqart”ını qəbul edib.
Türkiyəli baş hakim Nurpər Özbarın idarə etdiyi oyunda ev sahibələri rəqibi üstələyib – 3:0 (25:18, 25:17, 25:18). “A” qrupunda mübarizə aparan “Lokomotiv” ilk görüşdə “Dinamo Kazan”a 1:3 hesabı ilə məğlub olsa da, Bakının “Azərreyl” komandasına 3:1 hesabı ilə qalib gəlib.