- Baxış sayı: 54
- 20 Noyabr 2024 21:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin yeni inzibati binası istifadəyə verilib. Allsport.az saytı xəbər verir ki, açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, gənclər təşkilatlarının nümayəndələri, fəal gənclər iştirak ediblər.
Ölkəmizdə gənclərin inkişafına göstərilən diqqət və qayğıdan danışan Azad Rəhimov gənclər siyasətinin əsas istiqamətlərdən biri olduğunu, bu sahədə mühüm dövlət proqramlarının qəbul edildiyini vurğulayıb. Azərbaycanda çoxlu sayda gənclər təşkilatının fəaliyyət göstərdiyini diqqətə çatdıran nazir BŞGİBİ-nin yeni binaya köçməsini əlamətdar hadisə kimi qiymətləndirib.
Bildirib ki, yeni ideyaların və layihələrin irəli sürülməsi və həyata keçirilməsi üçün burada hər cür şərait var. Dövlətimizin başçısı İlham Əliyevin bir neçə gün əvvəl imzaladığı Sərəncamla təsdiq edilən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın bu təbəqədən olan insanlara əsl hədiyyə oldu. On ili əhatə edən bu Strategiya düşünülmüş gənclər siyasətinin inkişafına öz töhfəsini verəcək.
Azad Rəhimov gənclərin ölkəmizin idman həyatında yaxından iştirak etdiklərini söyləyib, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin kollektivinə uğurlar arzulayıb.
BŞGİBİ-nin rəisi Raqif Abbasov ötən il gənclər, bədən tərbiyəsi və idman sahələri üzrə müxtəlif səpkili 339 tədbirin keçirildiyini bildirib. Müraciətlərə əsasən bu tədbirlər Türkiyə, Gürcüstan, Rusiya, İspaniya, İsveç və digər ölkələrdə də təşkil olunub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Baş İdarənin tədbirlər planına əsasən, mini-futbol, voleybol, reqbi, şahmat, dama və idmanın digər növləri üzrə təşkil edilən yarışlarda idmançılar qüvvələrini sınayıblar.
Raqif Abbasov qeyd edib ki, Baş İdarə Bakıda keçiriləcək birinci Avropa Oyunları haqqında maarifləndirmə işlərində və könüllülərin hazırlanması prosesində yaxından iştirak edir. Bu proqram çərçivəsində ali təhsil ocaqlarında müəllim və tələbə heyəti ilə görüşlər keçirilir, çoxsaylı suallar cavablandırılır.
Sonra mərasimdə 2014-cü ildə fərqlənən idmançılar və fəal gənclər mükafatlandırılıblar. Daha sonra nazir Azad Rəhimov və mərasim iştirakçıları BŞGİBİ-nin yeni inzibati binasında yaradılan şəraitlə yaxından tanış olublar. Məlumat verilib ki, ümumi sahəsi 380 kvadratmetrədək olan üçmərtəbəli binada işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Foto: Dilavər Nəcəfov