- Baxış sayı: 87
- 24 Fevral 2026 17:58
- Baxış sayı: 230
- Mart 25, 2026
- 0

Azərbaycan kamandan oxatma federasiyası və Bakı şəhər gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə 2-5 apreldə Bakı şəhər kubokunun I mərhələsi keçiriləcək.
Allsport.az xəbər verir ki, Azərbaycan idman akademiyasının stadionunda baş tutacaq yarışın proqramına əsasən, aprelin 2-də idmançıların rəsmi sınaq atışları və məşqləri təşkil olunacaq, aprelin 3-ü və 4-də isə əsas yarış mərhələləri keçiriləcəkdir. Yarış aprelin 5-də baş tutacaq həlledici final görüşləri və qaliblərin müəyyənləşməsi ilə yekunlaşacaqdır.
Kubok uğrunda mübarizə aparacaq U15 kateqoriyalı idmançılar 40 metr, böyüklər isə 70 metr məsafədə hədəfi dəqiqliklə vurmaq üçün öz məharətlərini nümayiş etdirəcəklər. Olimpiya sistemi ilə hesablanacaq nəticələrə əsasən, fəxri kürsüdə yer alan idmançılar Bakı şəhər gənclər və idman idarəsi tərəfindən müvafiq diplom və medallarla təltif olunacaqlar.