- Baxış sayı: 33
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Kişi həndbolçuların Azərbaycan çempionatında final mərhələsinin növbəti turuna start verilib.
Allsport.az xəbər verir ki, ilk olaraq meydançaya I-IV yerlər uğrunda yarışan “Azəryol” və “Bakı” komandaları çıxıblar. “AHF Arena”da keçirilən oyun nominal qonaqların 27:21 hesablı qələbəsi ilə nəticələnib.
Qadın həndbolçulardan ibarət “Azəryol” komandası isə Azərbaycan çempionatının final mərhələsində növbəti qələbəsini qazanıb. I-IV yerlər uğrunda yarışan “Azəryol”la “İdman Akademiyası”nın “AHF Arena”da keçirilən görüsü gözlənildiyi kimi nominal ev sahibinin üstünlüyü ilə yadda qalıb. Nəticədə oyun “Azəryol”un 37:22 hesablı qələbəsi ilə başa çatıb.