- Baxış sayı: 55
- 06 Fevral 2026 18:32
- Baxış sayı: 21
- Fevral 08, 2026
- 0

Bu gün kişi həndbolçuların Azərbaycan çempionatında final mərhələsinin növbəti oyunları olub. Allsport.az xəbər verir ki, I-IV yerlər uğrunda yarışan “Qarabağ”la “Bakı”nın görüşündə nominal qonaqların qələbəsinə inananlar yanılmayıblar. Komandalar fasiləyə 15:15 hesablı bərabərliklə yollansalar da, ikinsi hissədə daha inamlı oyun göstərən “Bakı” istəyini reallaşdırıb -36:24.
Günün “AHF Arena”da keçirilən digər oyunu da gərgin və maraqlı mübarizə ilə yadda qalıb. İlk hissəni 16:14 hesablı üstünlüklə bitirən “Kür” fasilədən sonra xeyli fəallaşan rəqibin qarşısını ala bilməyib və görüş “Azəryol” komandasının xeyrinə başa catıb -36:33.