Bakı və Buxara şəhərləri arasında əməkdaşlıq

Özbəkistanın Buxara vilayətinin bədən tərbiyəsi və idman idarəsinin rəisi Ulmas Raşidov paytaxtımızdadır. Allsport.az saytı xəbər verir ki, qonaq səfər çərçivəsində Bakıdan olan həmkarı ilə görüşüb. BŞGİBİ-nin rəisi Raqif Abbasov ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən gənclər və idman sahələrində səmərəli əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb.

O, Azərbaycanda sürətlə inkişaf edən bədən tərbiyəsi və idman sahəsində görülən işlər barədə məlumat verib, bu sahədəki uğurların əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin durduğunu bildirib.

Qonaq paytaxtımızın və Buxara vilayətinin gənclər və idman idarələri arasında səmərəli dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdiriləcəyinə əminliyini diqqətə çatdırıb. O, Bakıda idman məktəbləri və qurğuları ilə tanış olduğunu vurğulayıb, ölkəmizdə idmanın inkişafı üçün yaradılan şəraitdən məmnunluğunu ifadə edib.

Həmin kateqoriyadan