- Baxış sayı: 81
- 24 Noyabr 2025 14:09
- Baxış sayı: 104
- Dekabr 12, 2025
- 0

Azərbaycan velosiped idmanı federasiyasında gələnı ilin 10-14 mayında “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışı ilə bağlı hazırlıq işlərinin gedişi müzakirə olunub. Allsport.az saytı xəbər verir ki, AVİF-in 1-ci vitse-prezidenti Sahib Ələkbərov, Beynəlxalq velosipedçilər ittifaqının (UCI) 2.1 kateqoriyalı 5 mərhələdən ibarət yarışının marşrutu artıq təsdiqləndiyini deyib. Dekabr ayının ikinci yarışında təşkilat komitəsinin geniştərkibli iclasının keçirilməsi və yarışla bağlı bütün məsələlərin orada ətraflı müzakirə olunması planlaşdırılır.
Sahib Ələkbərov nüfuzlu idman kanalı “Eurosport”la canlı yayımlanacaq yarışa beynəlxalq marağın olduqca yüksək olduğunu vurğulayaraq bildirib ki, bu günə qədər artıq 20 komanda “Bakı-Xankəndi” velosiped yarışında iştirakını rəsmi olaraq təsdiqləyib. Onların sırasında 1 Dünya Turu, 5 Pro-Tur, 13 kontinental və 1 milli komanda yer alır.
İclas zamanı yarışa hazırlıq istiqamətində görüləcək işlər, logistika, təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, hər bir istiqamət üzrə məsul şəxslər müəyyənləşdirilib, qarşıdakı dövr üçün konkret tapşırıqlar verilib