- Baxış sayı: 57
- 04 Dekabr 2025 15:28
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

Bakıda Beynəlxalq Gimnastika Federasiyasının icraiyyə komitəsinin iclası keçirilir. Allsport.az saytı xəbər verir ki, dekabrın 2-3-də FİG-in konqresi çərçivəsində keçirilən bu toplantıda qurumun prezidenti Morinari Vatanabe başda olmaqla, qitə ittifaqlarının rəhbərləri, gimnastika növləri üzrə texniki komitələrin prezidentləri, icra komitəsinin üzvləri və digər rəsmi nümayəndələr iştirak edirlər.
2 gün davam edəcək iclasın gündəliyində əsasən, FIG-nin nizamnaməsinə edilə biləcək mümkün dəyişikliklər, qurumun proqramına yeni gimnastika növünün əlavə edilməsi məsələsi və digər mühüm məsələlər duracaq.
Xatırladaq ki, icraiyyə komitəsinin iclaslarının ardınca, dekabrın 2-də konqresin toplantısı start götürəcək. Gimnastika sahəsində vacib qərarların müzakirə ediləcəyi tədbirdə 113 ölkədən 240-a yaxın nümayəndənin qatılacağı gözlənilir.