- Baxış sayı: 266
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı və baş sponsor Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə Dünya Karate Federasiyası (WKF) hakimlər komissiyasının üzvü Rafael Orteqanın Bakıda hakimlər üçün keçirdiyi seminarı başa çatıb. Allsport.az xəbər verir ki, tanınmış fransız mütəxəssisin rəhbərliyi ilə iki gün davam edən seminarda beynəlxalq və milli dərəcəli hakimlərimiz iştirak ediblər.
Azərbaycanın karate hakimləri ilə yarış qaydaları və referilik mədəniyyəti, yarış iştirakçılarının hakimlərlə təması, eləcə də digər məsələlərlə bağlı təcrübələrini bölüşən Orteqa seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edib. O, həmçinin AMKF hakimlər komissiyasının sədri Cahangir Babayev və beynəlxalq dərəcəli referilərimizlə birgə müzakirələr də aparıb.
Ölkəmizə səfərindən məmnunluğunu bildirən R.Orteqa Azərbaycanın karate hakimlərinin peşəkarlıq səviyyəsini yüksək qiymətləndirib.