Bakıda rəqs proqramı

Heydər Əliyev adına idman-konsert kompleksində keçirilən yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə qran pridə idmançılar buz üstündə rəqs proqramı ilə çıxış ediblər.

Allsport.az xəbər verir ki, rəqsdə 13 ölkədən 15 cütlük birincilik uğrunda mübarizə aparıblar.

Yarışın nəticələrinə əsasən fransalı cütlük Ambre Perriyey Canesini və Amuel Blank Klaperman 65.58 xalla 1-ci yerə, italiyalı Zoe Biançi və Daniel Basili 60.75 xalla 2-ci yerə, kanadalı Sammer Homik və Nikolas Buelov isə 58.78 xalla 3-cü yerə sahib olublar.

Həmin kateqoriyadan