- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
Bakıda dənizkənarı bulvarda “Red Bull King of the Rock” basketbol turnirinin həlledici mərhələsi keçirilib. Allsport.az saytı xəbər verir ki, gərgin mübarizədə Amil Həmzayev qalib gəlib. Bizim qaliblə bərabər, dünya finalında 23 ölkəsinin nümayəndələri iştirak edəcəklər: Azərbaycan, Anqola, Belarus, Honq Konq, Gürcüstan, İtaliya, Qazaxıstan, Livan, Litva, Malta, Meksika, Moldova, Polşa, Rusiya, Serbiya, ABŞ, Tayvan, Türkiyə, Tunis, Fransa, Cənubi Afrika və Yaponiya. Tədbir Bakı Dənizkənarı Bulvar İdarəsinin, Su İdman Sarayının, “GoSport” və “The Club Port Baku”nun dəstəyi ilə təşkil olunub.
Qeyd edək ki, bu yarışın tarixi 2010-cu ildə başlanır, nə vaxt ki, Red Bull kədərli məşhur olan Alkatras həbsxananın həyətində birinci idman tədbirini keçirib. Məhbuslar 50 il əvvəl oranı tərk ediblər. Azərbaycan ilk dəfə 2013-cü ildə turnirin dünya finalında iştirak etdi və ölkəmizi təmsil edən Amil Həmzəyev San Fransiskoda bütün dünyadan küçə basketbolunun 64 ən güclü oyunçusu ilə mübarizə aparıb. 2014-cü ildə yarış Tayvandə Samasana adlı bağlı adada yerləşən atılmış həbsxanada təşkil edilib. Azərbaycandan Zaur Paşayev çıxış edib. Budəfəki final Serbiya paytaxtı Belqradda keçiriləcək.