- Baxış sayı: 45
- 06 Mart 2026 20:27
- Baxış sayı: 255
- Mart 05, 2026
- 0

Azərbaycan cüdo federasiyasının təşkilatçılığı ilə Bakıda Kodokan mütəxəssislərinin iştirakı ilə kime-no-kata seminarı keçirilib.
Allsport.az xəbər verir ki, təlimlərə dünyanın ən nüfuzlu cüdo məktəbinin tanınmış mütəxəssisləri – 8-ci dan sahibləri Hirano Hiroyuki və Mikihiro Mukai rəhbərlik edirlər. Onların zəngin təcrübəsi və metodik yanaşması iştirakçılara cüdonun incə texniki məqamlarını öyrənmək imkanı verir.
Cüdo üzrə milli komandaların təlim-məşq mərkəzində keçirilən məşğələ həm praktiki bacarıqların təkmilləşdirilməsi, həm də cüdonun fəlsəfəsi və ənənələrinin dərindən mənimsənilməsi baxımından böyük əhəmiyyət daşıyır.