Bakıda yerli karate hakimləri üçün ikigünlük seminar keçiriləcək

Milli Karate Federasiyasının (AMKF) təşəbbüsü, baş sponsor – Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə aprelin 6-7-də Bakıda yerli hakimlər üçün ikigünlük seminar keçiriləcək. Allsport.az xəbər verir ki, seminarı aparmaq üçün Dünya Karate Federasiyası (WKF) hakimlər komissiyasının üzvü, fransız mütəxəssis Rafael Orteqa Bakıya gəlib.

“İnter Arena”da – federasiyanın təlim-məşq bazasında keçiriləcək seminarlar saat 11-də başlayacaq. Bütün hakimlərin iştirakının məcburi olduğu seminarda milli komandanın üzvləri də qatıla bilərlər. Hakimlər seminara kimonoda qatılmalıdırlar. Seminarda R.Orteqa yarış qaydalarını və referilik mədəniyyətini izah edəcək, idmançıların və məşqçilərin hakimlərlə təması, eləcə də digər məsələlərlə bağlı təcrübələrini bölüşəcək.

Həmin kateqoriyadan