- Baxış sayı: 32
- 24 Noyabr 2024 11:42
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Kişi həndbolçuların superliqasının pley-offuda “Bakı” gərgin mübarizədə “Məhsul”a 7-metrlk zərbələrdən sonra qalib gələrək debüt ilində qızıl medallara sahib olub. Komandanın yarıorta xətt oyunçusu Sabir Nəzərəliyev allsport.az saytına sevincini belə bölüşüb:
“Sonda çempion olacağımıza əmin idim. Amma oyunun gedişi bir anlıq məni düşündürdü. Görüşün bitməsinə 9 dəqiqə qalmış 5 top geridəydik. Ancaq uşaqlar əzmkarlıq göstərib sonda hesabı bərabərləşdirdilər (32:32). Penaltilərdə qapıçımız inanılmaz qurtarışlar etdi: rəqibin hər 3 zərbəsini qaytardı. Çətin oldu, lakin bacardıq.
İndi sevincimizin həddi-hüdudu yoxdur. Həndbolumuzun inkişafı məni də sevindirir. Əvvəllər belə final olmamışdı. İnşAllah, idmansevərlər bundan sonra da bu cür gözəl, gərgin və nəfəs kəsən mübarizələrin şahidi olacaqlar. Cari mövsümdə “Qızıl dubl” etdik. Növbəti hədəf uğuru avrokuboklarda davam etdirməkdir. Belə yüksək təşkilatçılığa görə federasiya rəhbərliyinə və orada çalışanların hamısına minnətdarlığımızı bildiririk”.