- Baxış sayı: 36
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 213
- Fevral 04, 2026
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 26-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Bakı” – “Simurq” matçında “Bakı”nın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun fasiləsi zamanı “Bakı”nın məşqçisi Muarem Zekir hakimlər briqadasına qarşı fiziki təsir göstərdiyinə görə 20 oyun stadiona girişinə qadağa qoyulub, klubu 20 000 manat cərimə olunub.