Balakişi Qasımov yenidən Azərbaycan qılıncoynatma federasiyana prezidenti seçildi

Dekabrın 5-də Azərbaycan qılıncoynatma federasiyasının ümumi yığıncağı keçirilib. Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirliyinin inzibati binasında tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlayıb. Çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarına uğurlar arzulayıb.

Tədbirdə 61 yaşında dünyasını dəyişən mərhum vitse-prezident Fərhad Kasimovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Federasiyanın baş katibi Vasif Məmmədov çıxış edərək 2022-2025-ci illər ərzində federasiyanın fəaliyyəti, görüləcək işlər, keçirilən yarışlar, əldə olunan uğurlar barədə məlumat verib.

Sonra seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Balakişi Qasımov növbəti 4 il müddətinə federasiyanın prezidenti, Fikrət Zeynalov vitse-prezidenti, Vasif Məmmədov baş katibi seçiliblər. İcraiyyə komitəsinə Fikrət Zeynalov, Vasif Məmmədov, Sadıq SadıqovAdilə Əhmədova üzv seçiliblər.

Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək Balakişi Qasımovu yenidən Azərbaycan qılıncoynatma federasiyasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Sonda Balakişi Qasımov çıxış edərək göstərilən etimada görə təşəkkür edib.

Həmin kateqoriyadan