- Baxış sayı: 100
- 09 Oktyabr 2024 18:45
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Gənclər və idman naziri Fərid Qayıbov, Banqladeş Xalq Respublikasındadır. Allsport.az saytı xəbər verir ki, səfər çərçivəsində o, həmkarı Zahid Əhsən Russel ilə görüşüb. Söhbət zamanı 2 ölkə arasında gənclər və idman sahələrində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb, təcrübə mübadiləsinin gələcək perspektivləri müzakirə edilib.
Banqladeş keçmiş Şərqi Pakistanın ərazisində yaradılıb və 26 mart 1971-ci ildən müstəqil dövlətdir. 1984-cü ildən olimpiya oyunlarında iştirak edir və indiyədək 6 növdə (qolf, atletika, üzgücülük, idman gimnastikası, atıcılıq, kamandan oxatma) cəmi 49 idmançısı (35 kişi, 14 qadın) qatılıb.
Ən böyük heyətlə (7 olimpiyaçı) Rio-2016-da çıxış edib. “Dördilik”də heç zaman medal qazanmayıb. Planetin ən böyük idman bayramına əsasən uayld karla yollanır. Soyuq iqlimi olsa da, indiyədək qış olimpiya oyunlarında iştirak etməyib.
Azərbaycan olimpiya oyunlarında ilk dəfə SSRİ-nin tərkibində Helsinki-1952-də iştirak edib. Debütdə sərbəst güləşçimiz Rəşid Məmmədbəyov gümüş medal qazanıb. 1992-ci ildə müstəqil dövlət olaraq Barselonada oyunlarında mübarizə aparıb, 2 qızıl, 1 bürünc medala sahib çıxıb. Ən yüksək əyarlı medalları London-2012-də (2 qızıl, 2 gümüş, 5 bürünc), ən çox mükafatı Rio-2016-da qazanıb (1 qızıl, 7 gümüş, 10 bürünc). Hər 2 uğur mərhum gənclər və idman naziri Azad Rəhimovun dönəmində olub.