- Baxış sayı: 39
- 05 Dekabr 2025 21:28
- Baxış sayı: 56
- Dekabr 05, 2025
- 0

Allsport.az xəbər verir ki, 32 yaşlı Qaradağ əsilli ispaniyalı basketbolçu Nikola Mirotiç “Barselona”dan ayrılıb. Tərəflər 2025-ci ilə qədər qüvvədə olması nəzərdə tutulan müqaviləyə xitam vermək barədə anlaşıblar.
Daha əvvəl bildirilirdi ki, basketbolçu 2 illik müqaviləyə əsasən, qalan maaşın 75 faizini almağa razılaşıb. Mirotiç 2019-cu ildən Kataloniya klubunun üzvü idi. O, ildə təqribən 10 milyon avro qazanırdı. Bu da Nikolanı avroliqada ən çox maaş alan oyunçu edirdi.