- Baxış sayı: 32
- 11 Dekabr 2024 23:50
- Baxış sayı: 46
- Dekabr 11, 2024
- 0
İspaniya futbol federasiyasının intizam komitəsi “Barselona”nın baş məşqçisi Hans-Diter Fliki la liqanın 16-cı turunun “Real Betis”lə oyununda (2:2) davranışına görə cəzalandırıb.
Allsport.az xəbər verir ki, alman mütəxəssis oyun zamanı hakimlə mübahisə etdiyinə görə qırmızı vərəqə ilə cəzalanıb. Flik intizam komitəsinin qərarı ilə iki oyunluq diskvalifikasiya olunub. “Barselona”nın qərardan şikayət etmək üçün 10 günü var.
Flik Frenki de Yonqun Vitor Rokeyə etdiyi kobud oyuna görə komandasının qapısına penalti təyin edildikdən sonra matçın baş hakimi Alexandro Ruizlə mübahisə etməyə edib.