“Barselona”nın müdafiəçisi ağır zədələndi

“Barselona”nın müdafiəçisi Andres Kristensen məşq zamanı ağır zədə alıb.

Allsport.az xəbər verir ki, danimarkalı futbolçuya sol dizinin ön çarpaz bağının qismən qırılması diaqnozu qoyulub.

Aparılan müayinələrdən sonra klubun tibbi heyəti cərrahi müdaxilə deyil, konservativ müalicə metoduna üstünlük verilməsi barədə qərar qəbul edib.

Məlumata görə, 29 yaşlı Kristensen bu zədə səbəbindən təxminən dörd ay meydanlardan kənarda qalacaq. O, cari mövsümdə “Barselona”nın heyətində bütün turnirlərdə 17 oyuna çıxıb və bir qol vurub.

Həmin kateqoriyadan