Baş katib badmintonçularla görüşdü

Azərbaycan badminton federasiyasının baş katibi Ramil Hacıyev Astara olimpiya idman kompleksində 3-cü MDB oyunlarında ölkəmizi təmsil edəcək yeniyetmə oğlan və qız badmintonçularımızın hazırlıq prosesini izləyib.

Allsport.az xəbər verir ki, komandamız baş məşqçi Murtuza Validarvi məşqçilər Cavanşir Əlizadə və Yevgeniy Poçtaryovun rəhbərliyi altında MDB oyunlarına hazırlıqlarını davam etdirir.

Qəbələ olimpiya idman kompleksində 5 kateqoriya üzrə keçiriləcək badminton yarışlarında ölkəmizi 18 idmançı ilə təmsil olunacaq. 10 qız və 8 oğlan badmintonçu ölkəmizin ev sahibliyi edəcəyi mötəbər yarışda Azərbaycanı təmsil edəcək.

Baş katib Ramil Hacıyev idmançılarla görüşdə MDB oyunlarında iştirakın yeniyetmə badmintonçularımıza beynəlxalq təcrübə qazanmaqdan baxımından faydalı olacağını vurğulayıb.

Milli komandamızın baş məşqçisi Morteza Validarvi isə çıxışında 3-cü MDB oyunlarına hazırlıqların plan üzrə getdiyini və bu turnirdə uğurlu nəticələr əldə etmək üçün əllərindən gələni edəcəklərini qeyd edib.

Qəbələ şəhərində keçiriləcək badminton yarışları 30 sentyabr – 5 oktyabr baş tutacaq.

Həmin kateqoriyadan