Basketbol federasiyası hakim idarəçiliyi ilə bağlı məlumat yaydı

Azərbaycan basketbol liqasının 11-ci turunun geridə qalmış oyunlarında hakim idarəçiliyi ilə bağlı bir sıra klublar tərəfindən Azərbaycan basketbol federasiyasına etirazlar daxil olmuşdur.

Allsport.az xəbər verir ki, bütün bu narazılıqlardan sonra federasiyanın idman direktoru Turqay Zeytungözün rəhbərliyi ilə turun yekunlaşmış oyunları ABL mütəxəssis heyəti və hakimlər komitəsinin sədri Ələkbər Həsənovun iştirakı ilə birlikdə izlənilmiş və yenidən təhlil edilmişdir. Aparılmış təhlilin yekun nəticəsi olaraq isə oyunların birbaşa nəticəsinə təsir edəcək kobud səhvlərin olmaması və hakimlərin normal oyun standartında idarəçilik etməsi barədə qərar çıxarılmışdır. Sonda cənab Zeytungöz ABF adından çıxış edərək, verilmiş yekun qərardan sonra narazılığı davam etdirən hansısa klublar varsa, onlarla yenidən bir arada görüş təşkil edib və etirazlara səbəb olumuş epizodların birgə izlənilməsini söyləmişdir. Mövsümün yekunlaşmış iki dövrəsindən sonra ümumi olaraq oyunlarda hakim idarəçiliyi müsbət olaraq qiymətləndirilmiş və oyunların birbaşa nəticəsinə təsir edəcək ciddi səhvlərin olmaması təsdiq edilmişdir.

Həmin kateqoriyadan