Basketbol hakimlərinə seminar

Zuğulba tədris idman bazasında basketbol hakimləri üçün seminara start verilib. Allsport.az saytı xəbər verir ki, ABF-in hakimlər komitəsinin sədri Ələkbər Həsənovun başçılıq etdiyi məşğələyə 9 nəfər qatılıb.

Onlara gündə iki dəfə həm nəzəri, həm də praktiki seminarlar təşkil olunur və əlavə olaraq, hakimlərlə seminarlar zamanı mübahisəli epizodlarının hərtərəfli təhlili aparılır, həm yeni, həm də dəyişilmiş qaydalar müzakirə olunur. Bundan əlavə, FİBA-nın təsdiq etdiyi bu seminarda, beynəlxalq basketbol qurumunun mütəxəssisləri tərəfindən video görüntü ilə müəyyən mövzular da yerli hakimlərə izah olunub.

Əsas məqsəd, tətbiq olunan qaydaların nəzəri və praktiki cəhətdən tam dəqiqliklə hakimlərə izah olunması və hakimlərin gələcək illərdə Azərbaycan basketbol liqası (ABL) və digər yerli yarışlarda hakimlik etmələri üçün onların bilik və bacarıqlarının artırılmasıdır.

Həmin kateqoriyadan