- Baxış sayı: 40
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Bu gün Azərbaycan texniki universiteti idman sarayının konfrans zalında basketbol liqasının yeni mövsümü ilə bağlı müzakirə aparılıb. Allsport.az saytı xəbər verir ki, görüşdə ABF prezidenti Emin Əmrullayevlə yanaşı, rəyasət heyətinin üzvləri, digər federasiya rəsmiləri və klub nümayəndələri də iştirak ediblər.
Gündəlikdə ABL-də iştirak edəcək klubların sayı, legionçu və yerli oyunçu hədləri, 1-ci liqa ilə bağlı söhbət aparılıb, U-14 liqasının yaradılması, qadın basketbol klublarının əsaslı təşkili barədə, federasiya rəhbərliyi ilə klub rəsmiləri arasında fikir mübadiləsi olub.
İclasda bütün klub rəsmilərinin fikirləri federasiya rəhbərliyi tərəfindən diqqətə alınıb. Sonda, federasiya prezidenti qarşıdakı günlərdə yekun qərarların klub rəsmilərinə bəyan ediləcəyini söyləyərək, görüşü yekunlaşdırıb.