- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Oktyabr ayının 2-nci ongünlüyündə startı gözlənilən basketbol üzrə 28-ci ölkə çempionatının oyunları “Sərhədçi” olimpiya-idman mərkəzində baş tutacaq. Allsport.az saytı xəbər verir ki, Azərbaycan basketbol liqası adı ilə çempionatda, 3-ü region olmaqla, ümumilikdə 8 komanda çempionluq uğrunda mübarizə aparacaq.
Bunlar “AAAF Xırdalan”, “Gəncə”, NTD, “Neftçi”, “Olimpik Şəki”, “Sərhədçi”, “Sabah Bakı”, “Zirvə Astara”dır. Ötən çempionatla müqayisədə, yeni reqlamentə əsasən, komandalar dairəvi sistemlə 4 dövrədə üz-üzə gələcək.
Çempionatın müntəzəm mövsümündə ilk 4 pilləni tutmuş komandalar pley-ofa vəsiqə qazanacaqlar. Yarımfinallarda ən tez 2, finalda isə ən tez 3 qələbə qazanmış komanda qalib sayılacaq.
1 oktyabrda əsas çempionata hazırlıq məqsədi daşıyan mini turnir baş tutacaqdır. Oyunlar, “Sərhədçi”də keçiriləcək.