- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 36
- Noyabr 21, 2024
- 0
Azərbaycan Basketbol Federasiyasının (ABF) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasda Azərbaycanın yeniyetmə oğlanlardan ibarət (U-18) yığma komandasının Cəbəllütariqdə keçirilən Avropa çempionatında (“C” divizionu) çıxışı müzakirə edilib.
İclasda, həmçinin müxtəlif yaş qrupları üzrə yeniyetmə oğlanlardan ibarət yığmaların baş məşqçilərinin təyinatı, kişilər arasında XXIII ölkə çempionatına və yeniyetmə oğlanlar arasında iki yaş qrupunda (2000-2001-ci və 2002-2003-cü illər təvəllüdlü) keçiriləcək “Samsung” Kuboku uğrunda yarışlara hazırlıq prosesi və təşkilatı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Yekunda ABF Rəyasət Heyətinin qərarı ilə U-18-in Avropa çempionatında çıxışı qənaətbəxş sayılıb. Həmçinin U-18 komandasına Tahir Baxşıyev, U-16 kollektivinə Samit Nuruzadə, U-14 yığmasına isə Fuad Niftəliyev baş məşqçi təyin olunublar.
İclasda ABF-nin işçi orqanlarına da bəzi təyinatlar edilib.