- Baxış sayı: 42
- 26 Mart 2026 12:23
- Baxış sayı: 25
- Mart 26, 2026
- 0

Qadın basketbolçulardan ibarət 3×3 milli yığma komandamız Daşkənddə keçirilən beynəlxalq turnirin qalibi olub. Allsport.az xəbər verir ki, aprelin 10-da Tatyana Slojenitsinanın komandası yarımfinalda Özbəkistanın LND komandasını 15:11 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıblar. Həlledici matçda basketbolçularımız ev sahibi “Almalik” komandasına 21:15 hesabı ilə qalib gələrək, 1-ci yeri tutublar.