Basketbolçu seçimləri

Azərbaycan basketbol federasiyasının (ABF) məşqçi mütəxəssislərindən ibarət nümayəndə heyəti seçim aparıb.

Allsport.az xəbər verir ki, respublikanın rayon və şəhər məktəblərində təhsil alan 2012-2015-ci il təvəllüdlü şagirdlər arasından fiziki və funksional göstəriciləri basketbola uyğun oğlan və qızları seçilərək qeydiyyata alınıb.

Seçimlərin növbəti mərhələsinə isə bu gün start verilib. Şagirdlər bu mərhələdə basketbolun təməl başlanğıc hərəkətlərinin praktiki məşqlərini yerinə yetiriblər. Mərhələni uğurla tamamlamış şagirdlər, növbəti mərhələdə bacarıqlarını nümayiş etdirəcəklər.

Həmin kateqoriyadan