Basketbolçumuzun komandası Gürcüstanın olimpiya çempionunun şərəfinə keçirilən kuboku qazanıb

Millimizin basketbolçusu Zaur Paşayevin çıxış etdiyi «Kutaisi» klubu Gürcüstanın olimpiya çempionu Korkia Sakandalidzenin şərəfinə keçirilən kubok yarışında baş mükafata sahib çıxıb. Allsport.az saytı xəbər verir ki, legionçumuz bu görüşdə 7 xal qazanıb; 8 ötürmə verib və 7 götürmə edib.

Həmyerlimizin bildirdiyinə görə, onlar ardıcıl 2-ci dəfə bu uğura sahib çıxıblar. Superliqada 13 oyuna 23 xal yığan (+10-3) «Kutaisi» 2-ci yerdə qərrarlaşıb. Zaur Paşayevin komandası 15-ci tur çərçivəsində fevralın 4-də Tiflisdə yerli «Kaktus»la qarşılaşacaq.

Həmin kateqoriyadan