Basketbolun sabahı yerli məşqçilərin ümidinədir

Azərbaycan basketbol federasiyasının məşqçilər şurası tərəfindən milli komandaya namizəd göstərilən yeniyətmə oğlan basketbolçulara baxış yekunlaşıb.

Allsport.az saytı xəbər verir ki, əsas millimizin məşqçiləri Tahir BaxşıyevAnar Sarıyevin rəhbərlik etdiyi prosesdə, qadın millimizin baş məşqçisi Evrən Alqaya ilə yanaşı, məşqçilər Polad Həsənov, Anar Hacıyev, Fərid Əmirov, Alberto Blanko, Ərxan Tokər, Emin Cəfərov, Vasili Mçedilaşvili və ABF-nin idman direktoru Turqay Zeytingözdə yaxından iştirak ediblər.

U-12, U-14 və U-16 yaş kateqoriyaları üzrə keçirilmiş baxışda, 243 basketbolçu öz güclərini sınaqdan keçiriblər. U-12 yaş kateqoriyasında 59 nəfərdən 29-u, U-14 yaş kateqoriyasında 82 nəfərdən 31-i, U-16 yaş kateqoriyasında isə 102 nəfərdən 33-ü seçilərək milli komandaların düşərgələrinə cəlb olunublar.

Prosesin əsas məqsədi, gələcək illərdə müxtəlif yaş qrupları üzrə milli komandaların heyətində daha istedadlı basketbolçuların yer almasıdır.

Həmin kateqoriyadan