Batumidən 11 medalla dönürlər

Uşaq və yeniyetmə badmintonçularımız Batumidə keçirilən beynəlxalq turnirdə 11 medal qazanıblar.

Allsport.az xəbər verir ki, Mələk Təhməzli və Muxtar Bədəlov 11, Ömər Mehdi və Dəniz Əhmədli 13, Fərəc Kərimli isə 15 yaşadək badmintonçuların mübarizəsidnə müxtəlif kateqoriyalar üzrə medalçılar sırasında yer alıb.

Təmsilçilərimiz turnirdə ümumilikdə 7 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.

Badmintonçularımız ənənəvi olaraq Batumidə keçirilən “Youth International” turnirində ötən il 5-i, 5-i gümüş və 6-ı bürünc olmaqla 16 medal qazanıblar.

Həmin kateqoriyadan