- Baxış sayı: 13
- 27 Mart 2026 11:52
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

“Bavariya”nın baş direktoru Yan-Kristian Dresen klubda fəaliyyətini davam etdirəcək.
Allsport.az xəbər verir ki, Münhen komandasının müşahidə şurası yekdilliklə 57 yaşlı mütəxəssislə müqaviləni 2027-ci ilin iyun ayına qədər uzatmaq qərarına gəlib.
Dresen 2013-cü ildə “Bavariya”ya baş maliyyə mütəxəssisi kimi qoşulub. Bir ildən sonra o, idarə heyətinin sədr müavini vəzifəsinə yüksəlib. 2023-cü ilin may ayında Dresen klubun baş direktoru olub.