- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 161
- Mart 26, 2026
- 0

Azərbaycan texniki universitetinin idman zalında, basketbol federasiyasının məşqçilər şurası tərəfindən qızlardan ibarət milliyə namizədlərə baxış keçirilib. Allsport.az saytı xəbər verir ki, Evrən Alqayanın rəhbərlik etdiyi prosesində, məşqçilər – Aygün Eynullayeva, Sakit Nuriyev, Konstantin Volkov, Evelina Qaradağlı, Zihni Anaç da iştirak ediblər.
U-12, U-14 və U-16 yaş kateqoriyaları üzrə keçirilmiş baxışda 132 qız basketbolçu iştirak edib. U-12 yaş kateqoriyasında 20 nəfərdən 10-u, U-14 yaş kateqoriyasında 50 nəfərdən 20-si, U-16 yaş kateqoriyasında 60 nəfərdən 20-si seçilərək milli komandaların düşərgələrinə cəlb olunublar.