- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 39
- Mart 26, 2026
- 0
Millimizin həndbolçusu Valentina Salamahanın Bundesliqada şərəfini qoruduğu «Bayer-04» klubu, EHF kubokunun 1/8 finalında digər Almaniya təmsilçisinə məğlub olub.
Allsport.az saytı xəbər verir ki, liverkuzenlilər ilk matçda evdə rəqibini 31:29 hesabı ilə məğlub etsə də, cavab matçında 5 top fərqi ilə uduzaraq mübarizəni dayandırıb – 29:34.
Qeyd edək ki, hər 2 oyunda qapısımız ehtiyatda oturub. Bundesliqada «farmasevtlər» növbəti matçını fevralın 21-də «Bietigheim»ə qarşı keçirəcək.